Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ şəhərində rabitənin keyfiyyətinin yüksəldilməsi məqsədilə ONU avadanlığı quraşdırılmışdır.

21 avqust 2019 | 02:00

Qəbələ Telekommunikasiya Qovşağı tərəfindən  rayonun telefon şəbəkəsində internet və telefon rabitəsinin keyfiyyətinin yüksəldilməsi üçün Qəbələ şəhərinin şimal hissəsində olan yaşayış massivinə 256 nömrəlik və 128 portluq yeni müasir tələblərə cavab verən ONU avadanlığı quraşdırılmışdır. Əhaliyə göstərilən rabitənin fasiləsiz və dayanıqlı işləməsini təmin etmək məqsədilə enerji kəsintisi baş verən zaman 24 saat müddətində qeyd olunan avadanlıq öz normal iş fəaliyyətini bərpa etmək üçün akkumulyator batareyaları ilə təhciz edilmişdir. Yeni avadanlığın mərkəzi EATS-lə birləşdirilməsi üçün TQK tərəfindən 4.5 km uzunluğunda FO kabeli çəkilmiş və istismara verilmişdir. Hal-hazırda rayonun şimal hissəsində telefon və internetlə təhciz edilmiş abunəçilərə yeni ONU avadanlığının üzərinə qoşulması işi ilə bərabər yeni abunəçilərə telefon və internetdən istifadə etmələri istiqamətində müvafiq texniki işlər aparılır.

Keçidlər