Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən rayonun ümumi təhsil müəssisələrinin beş məzunu qızıl və gümüş medalla təltif olunub.

15 avqust 2019 | 16:00

2018-2019-cu tədris ili Qəbələ Rayon Təhsil Şöbəsinin məzunları üçün uğurlu il olmuşdur. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 iyul 2019-cu il tarixli F-474 nömrəli əmrinə əsasən  rayonun  ümumi təhsil müəssisələrindən 4 nəfər məzun qızıl medala, 1 nəfər məzun isə gümüş medala layiq görülmüşdür. Bu məqsədlə rayon Təhsil şöbəsində tədbir keçirilmişdir.  İlk öncə toplantı iştirakçıları Qəbələ şəhərinin mərkəzindəki  dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xalqımızın Ümummilli liderinin əziz xatirəsinə böyük ehtiramlarını bildirmişlər.
Daha sonra rayon Təhsil şöbəsinin akt zalında tam orta təhsil səviyyəsini medalla başa vuran məzunlarla və onların valideynləri ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova diqqətə çatdırmışdır ki,  təhsilin inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Qeyd olunmuşdur ki, Azərbaycan da təhsillə bağlı siyasəti uğurla həyata keçirən ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Ən əsası da Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib.
Daha sonra məzunlara mükafatları və attestatları təqdim olunma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq  əmrinə əsasən  Qəbələ şəhər 4 saylı tam orta məktəbin məzunu Səfərəliyeva Jalə Müşfiq qızına, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin məzunu Pənahlı Sona Sənan qızına, Həmzəlli kənd tam orta məktəbin məzunu Tahirova Turac Eldar qızına və Mıxlıqovaq kənd tam orta məktəbin məzunu İsmayılov Röyal İlqar oğluna qızıl medal, Qəbələ şəhər 5 saylı tam orta məktəbin məzunu Gözəlov Asif Vasif oğluna isə  gümüş medal təqdim olunmuşdur.
Toplantıda çıxış edən məzun və valideynlər göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə etmişlər.

Foto qalereya

Keçidlər