Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Aprel şəhidinin doğum günü qeyd olunub.

22 iyun 2019 | 16:00

İyunun 22-də Qəbələ Peşə Tədris Mərkəzində aprel şəhidi, leytenant Sahil Şirinovun doğum günü ilə əlaqədar tədbir keçirilib. Qəbələ Rayon İcra Hakimiyyətinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin yaxın qohumları, ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH başçısının müavini Ətayə Osmanova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, “Qəbələ” İdman Klubunun rəhbəri Fariz Nəcəfov və başqaları çıxış ediblər.
Çıxış edənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan bütün oğul və qızlarımızın xatirəsinin xalqımızın qəlbində yaşayacağını vurğulayaraq, dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini vurğulayıblar.
Tədbirdə Sahil Şirinovun həyatının müxtəlif anlarını əks etdirən videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən şəhidin anası Şəhla Şirinova övladı ilə bağlı xatirələrini bölüşərək, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Yekunda şəhid Sahil Şirinovun təhsil aldığı Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları Bum qəsəbəsində şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Foto qalereya

Keçidlər