Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda arpa sahələrində orta məhsuldarlıq 31 sentnerdir.

21 iyun 2019 | 16:00

Cari mövsümdə Qəbələ rayonunda 20 min 190 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 15 min 790 hektarını buğda, 4 min 400 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda arpa biçini davam edir. Bu günədək 2 min 200 hektar sahənin arpası biçilib, 6 min 820 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 31 sentner təşkil edir. Buğda biçininə bir neçə gündən sonra başlanılacaq. Hazırda sahələrdə 37 taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq.

 

Keçidlər