Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda yaş baramanın tədarükünə başlanılıb.

12 iyun 2019 | 02:00

Builki mövsümdə Qəbələ rayonunda yaş barama istehsalının ötən illə müqayisədə iki dəfədən çox artırılaraq 20 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün 102 kümçü ilə müqavilə bağlanılıb, onlara 500 qutu və ya 9,5 kiloqram ipəkqurdu paylanılıb. Artıq bir neçə gündür ki, istehsalçılardan barama qəbuluna başlanılıb. Qəbələli kümçülər ilk günlər qəbul məntəqəsinə 1,674 ton yaş barama təhvil veriblər. Xatırladaq ki, ötən il rayonun kümçüləri 236 qutu ipəkqurdundan 9,1 ton yaş barama əldə ediblər.

Keçidlər