Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna Qəbələ rayonuna səfər edib.

07 iyun 2019 | 16:00

Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna iyun ayının 7-də Qəbələ rayonuna səfər edib.
Rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Qəbələ rayon icra hakimiyyətinin inzibati binasında səlahiyyətli səfirin rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşü keçirilib.
RİH başçısı tərəfindən  səfirə rayonun tarixi, iqtisadiyyatı, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının, bağçılığın, üzümçülüyün, tərəvəzçiliyin, tütünçülük, baramaçılıq və heyvandarlığın inkişafı istiqamətində ölkə başçısı İlham Əliyev tərəfindən son illərdə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində rayonda müsbət nəticələr əldə olunub.
Regionun ecazkar gözəlliyi və qonaqpərvərliyi ilə zəngin olduğunu ifadə edən Səbuhi Abdullayev  Qəbələdə müasir tipli müəssisələrin istehsal etdiyi məhsullar dünyanın bir çox ölkələrinə ixrac olunduğunu vurğulayıb.
Bildirilib ki, bütün bunlarla yanaşı rayonun turizm potensialı diqqətə saxlanılb, qədim tarixə malik füsünkar bölgədə yerli və xarici turizmin inkişafı istiqamətində müsbət irəliləyişlərə nail olunub.
Qəbələyə ilk səfəri olduğunu qeyd edən diplomat onda yüksək təəssürat yarandığını vurğulayıb. Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Bavitlunq Vanlalvavna Hindistan və Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın müsbət nəticələrindən söz açıb. Səfir rayonun kənd təsərrüfatı, elm, təhsil və turizm sahəsindəki potensialı ilə əlaqədar görülən tədbirlərlə maraqlanıb. Görüş zamanı həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Bavitlunq Vanlalvavna rayonun tarixi-mədəni məkanları, idman və sağlmlıq kompleksləri və sənaye müəssisələri ilə yaxındn tanış olub.

Keçidlər