Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Qəbələ" komandası kuboku rayon əhalisinə təqdim edib.

28 may 2019 | 16:00

Qəbələ" futbol komandası sahib olduğu kuboku doğma meydanda azarkeşlərinə bayram tədbiri ilə təqdim edib. Qarşılanma mərasimi şəhər stadionunda baş tutub.
Mərasimi giriş sözü ilə Qəbələ rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov açıb və klubun tarixi haqqında geniş məlumat verib. Daha sonra səhnəyə azarkeşlərin alqış sədaları altında klubun məşqçisi Sənan Qurbanov və komanda üzvləri çıxıblar. Klub rəhbərliyi və futbolçular meydana daxil olaraq, azarkeşlər qarşısına yollanıblar. Onlar kubok sevincini fanatlarla bölüşüblər. Sonda Roza Zərgərli və Pərviz Bülbülənin iştirakı ilə konsert proqramı təşkil edilib. Qeyd edək ki, "Qəbələ" finalda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokuna sahib olub.

Keçidlər