Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yaz mövsümündə rayonda 237 hektarda yeni fındıq bağları salınıb

17 aprel 2019 | 04:00

Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qəbələ rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə bu ilin yaz mövsümünün əvvəlində rayon ərazisində 237 hektarda yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son üç ildə rayonda 2 min 137 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 247 hektara çatdırılıb. Hazırda rayonda 4 min 827 hektar bar verən fındıq bağları var. Ötən il fındıq bağlarından 9 min 200 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1800 ton artıb.

Keçidlər