Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Baramaçılığın inkişafına dair regional seminar keçirilmişdir.

03 aprel 2019 | 04:00

Qəbələ Rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində “İpəkqurdunun bəslənilməsinin düzgün təşkili və məhsuldarlığın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi” mövzusunda regional seminar keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyi bitkiçiliyin təşkili və manitorinqi şöbəsinin, Dövlət Fitosanitar Xidmətinin, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun, Şəki İpək ASC-nin, Qəbələ, Ağdaş, İsmayıllı, Oğuz rayon icra hakimiyyətlərinin məsul şəxsləri, aqrar inkişaf mərkəzlərinin əməkdaşları və barama istehsalçıları iştirak ediblər. Müşavirəni mərkəzin direktoru Rahib Əhmədov açıb. Tədbirdə çıxış edən rəsmi qurumların nümayəndələri respublikamızda müasir ipəkçilik infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər Bildirilib ki, hazırda bölgədə yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi tədqiqat işlərinin genişləndirilməsi, toxumçuluq zavodlarının, baramanın ilkin emalı üçün qurutma məntəqələrinin yaradılması istiqamətində tədbirlər görülür. Natiqlər çıxışlarında baramaçılığın əhalinin məşğulluğunun təmin edilməsinə və sosial rifahının daha da yaxşılaşdırılmasına verdiyi töhvələrdən söz açıblar. Müşavirədə mövzu ətrafında fikir mübadiləsi aparılıb, barama isehsalçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Keçidlər