Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Bum qəsəbəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirilmişdir.

29 mart 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar görüş-qəbulu Bum qəsəbəsində keçirilib. Görüş-qəbulda hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə RİH başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial-iqtisadi inkişafdan, o cümlədən Qəbələ rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Qeyd olunub ki, rayonda yeni sənaye müəssisələri, sosial obyektlər, məktəb binaları inşa edilərək istifadəyə verilib, əksər kəndlərə qaz xətləri, asfalt avtomobil yolları çəkilib, yeni beton bəndlər tikilib, körpülər salınıb, əhalinin dayanıqlı rabitə, elektrik enerjisi, qaz təchizatı yaxşılaşdırılıb. Görüş-qəbulda son illər ərzində rayonumuzda görülən yenidənqurma işlərinin fonunda Bum qəsəbəsinin də diqqətdən kənarda qalmadığı, burada yeni uşaq bağçasının, ümumi orta məktəb binasının inşa olunduğu, Qəbələ-Bum yolunun yenidən qurulduğu, qəsəbənin ərazisində su ötürücüsünün yerində biraşırımlı körpünün inşa edildiyi qeyd olunub. Qazanılan bütün uğurların ilk növbədə dövlət başçısının sosial sahədə apardığı islahatların nəticələri olduğunu qeyd edən icra başçısı, əhalinin rifahının və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkədə həyata keçirilən humanitar layihələrdən söz açıb. Sonra görüşdə qəsəbə sakinləri dinlənilib. Onlar Bum qəsəbəsində görülmüş abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Çıxış edənlərdən Zahir Aslanov, Azər Əfəndiyev, Hikmət Abdullayev və başqaları Bum çayının sahilində beton bəndin inşasını, qəsəbə ümumi orta məktəbi üçün əlavə modul tipli məktəb binasının tikilməsini və istilik sisteminin təbii qaz təchizatına keçirilməsini, telefon və işıq xətlərinin dəyişdirilməsini, ərazidə 1 ədəd yeni artezian quyusunun qazılmasını və digərlərinin təmir olunmasını xahiş ediblər. Görüşü yekunlaşdıran RİH-nin başçısı qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər