Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məktəbliləri tur-aksiya çərçivəsində respublikamızın qərb bölgəsi ilə yaxından tanış olacaqlar.

24 mart 2019 | 02:00

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 23-də Qəbələ rayon məktəblilərinin Gəncə şəhərinə, Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa  rayonlarına yola salınma mərasimi olub. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunması ilə bağlı şagirdlər ölkəmizin hər bir regionunda iqtisadi-sosial sahədə əldə olunan nailiyyətlərlə, tikinti-abadlıq işləri ilə yaxından tanış olurlar. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Maarifləndirici tur aksiyanın təşkil olunması üçün rayon icra hakimiyyəti tərəfindən qərargah yaradılıb. Tur-aksiyada iştirak edəcək məktəblilər tibbi müayinədən keçirilib, şagirdlərə xüsusi geyimlər paylanılıb. Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov qrupa rəhbər təyin olunub. Daha sonra 40 nəfər tur-aksiya iştirakçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Sonda tur-aksiyada iştirak edən şagirdlər və onları müşaiyət edən müəllimlər onlar üçün ayrılmış xüsusi avtobusla Tovuz rayonu istiqamətinə yola düşüblər.

Keçidlər