Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin əməkdaşları xidmətin yaranmasının ildönümünü qeyd etmişlər.

14 fevral 2019 | 02:00

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddi illiyi ilə əlaqədar qurumun rayon təşkilatının əməkdaşları peşə bayramlarını qeyd ediblər. Mərasimdə Qəbələ rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, SHXÇDX rayon şöbəsinin kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi mayor Rahim Ağayev bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Natiq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr kimi, ordu quruculuğunun da uğurla aparıldığını diqqətə çatdırmışdır.

Keçidlər