Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Peşə mərkəzinin tələbələri dərslərini südçülük kompleksində keçirlər.

12 fevral 2019 | 01:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin I kurs heyvandarlıq mütəxəssisi və bitkiçilik mütəxəssisi ixtisas qruplarında “Heyvanların yemlənməsi” modulu üzrə istehsalat təlimi dərslərinə start verilib. Peşə Təhsili üzrə Dövlət  “İş yerində təcrübə” proqramı çərçivəsində istehsalat təlimi dərsləri Qəbələ rayonunda yerləşən “Gilan Dairy Farms” MMC-nin südçülük kompleksində aparılır. Təlim zamanı kompleksin mütəxəssisləri tərəfindən tələbələrə heyvandarlığın inkişaf etdirilməsi üçün yem istehsalının əhəmiyyətindən, heyvanların saxlanılması və yemlənməsi qaydaları, süd və ət istehsalı barədə ətraflı məlumat verilir.

Keçidlər