Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun qəsəbə və kəndlərində yeni məktəb binaları tikilir.

31 yanvar 2019 | 01:00

Qəbələ rayonunun Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən yeni məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, hazırda rayonun Qaradeyn kəndində 80 yerlik tam orta məktəb, Şəfili kəndində isə 20 şagird yerlik modul tipli ibtidai məktəb üçün binalar quraşdırılır. Hər iki məktəb binası tezliklə şagirdlərin istifadəsinə veriləcək. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son iki ildə rayonun Seyidqışlaq, Cığatelli, Laza və Zərgərli kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.

Keçidlər