Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Müalicə Diaqnostika Mərkəzində “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü” ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

19 yanvar 2019 | 00:00

“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü” ilə əlaqədar olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzində toplantı keçirilmişdir. İlk öncə tədbir iştirakçıları “20 Yanvar faciəsi” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.  Tədbirdə çıxış edən Mərkəzin baş həkimi Ceyhun Əhmədov  iştirakçılara “20 Yanvar faciəsi”nin baş vermə səbəbləri haqqında ətraflı məlumat vermiş, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələrdən söz açmışdır. Mərkəzinin həkimi Kamal Məmmədov  çıxış edərək diqqətə çatdırmışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləboran edildi. Həmin gün həkimlər, universitetin tələbələri vəzifə borclarını vicdanla yerinə yetirərək çox çətin şəraitdə, əksər hallarda şam işığında yaralılara yardım göstərdilər. Diqqətə çatdırılmışdır ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Ümummilli Lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etirazını bildirmiş və bu hakimiyyətə gəldikdən sonra bu faciəyə hüquqi və siyasi qiymət vermişdir.  Toplantıda çıxış edən mərkəzin həkimləri 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində şanlı səhifə adlandırıblar. Çıxışlarda bildirilib ki, Azərbaycana qarşı torpaq iddiaları ilə başlayan prosesin davamı olan 20 Yanvar hadisələri xalqımızın mübarizə əzmini qıra bilməyib, əksinə bu hadisələr Sovet İttifaqının süqutunda önəmli rol oynayıb. Qeyd olunub ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilmədi. 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu deyən natiqlər bu cür hadisələrdən ibrət götürərək müstəqilliyimizi qorumağın ən müqəddəs məqsəd olduğunu ifadə ediblər.

 

Keçidlər