Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü”nə həsr edilmiş şahmat üzrə xatirə turniri keçirilmişdir.

17 yanvar 2019 | 01:00

Qəbələ rayon Gənclər və İdman İdarəsi “20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü”nə həsr edilmiş silsilə tədbirlər planına əsasən 16 yanvar 2019-cu il tarixdə Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində şahmat üzrə yeniyetmələr arasında xatirə turniri keçirmişdir. Turnirin keçirilməsində məqsəd “20 yanvar faciəsi” həqiqətlərinin ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdan ibarərdir.
Turnir iştirakçıları ilk öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək, “20 yanvar faciəsi”nin Azərbaycanın müstəqilliyi yolunda xalqımıza qarşı törədilmiş ən qanlı səhifə olduğunu bildirdilər. Bununla belə yarış iştirakçılarının nəzərinə çatdırıldı ki, əliyalın Azərbaycan oğulları və qızları sovet qoşunlarına qarşı igidliklə mübarizə aparmış, imperiya qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Həmçinin turnirin keçirilməsində məqsədin yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etmək, şahmatın kütləviliyinə nail olmaq, rayonun yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olduğu bildirildi.
Turnirdə rayonun kənd, qəsəbə və şəhər məktəblərindən olan 54 nəfər yeniyetmə şahmatçı 8-10-12-14 və 16 yaş qruplarında dairəvi sistem üzrə gərgin oyun nümayiş etdirmişlər.
Turnirin yekununa əsasən müvafiq yaş qrupları üzrə oğlanlar arsında İsmayıl Osmanlı, Tağı Tağıyev, Əmrah Əzizov, Ülvi Bəşirov, Fərhad Əliyev və qızlar arsında isə Selcan Rəşidova, Aysun Əzizli, Həqiqət Tağıyeva, Həcər Kərimova birinci yerə layiq görülmüşlər.
Hər yaş qrupunda I, II və III yeri tutan qaliblərə rayon Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər