Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlər aparılır.

15 yanvar 2019 | 16:00

Rayonda İlin əvvəlindən başlayaraq iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Bundan başqa, iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə dezinfeksiya işləri həyata keçirilir. Hazırda baytar həkimlər tərəfindən bu tədbirlər davam etdirilir. İribuynuzlu heyvanlarda bu işlərin fevralın sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi “Gilan Dairy Farms” kökəltmə fermasına məxsus təsərrüfatda 250 baş və ayrı-ayrı şəxsi təsərrüfatlarda 1000 başdan çox iribuynuzlu heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb, 350 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülərək laboratoriyaya göndərilib və 520 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. Həmçinin Gürcüstanda insanlar arasında yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədilə donuzçuluq təsərrüfatlarına baytarlıq baxışı keçirilərək dezinfeksiya tədbirləri aparılıb. Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və “donuz qripi” xəstəlikləri barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə ediblər.

Keçidlər