Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş stolüstü tennis üzrə xatirə turniri keçirilmişdir.

11 dekabr 2018 | 23:00

Qəbələ rayon Gənclər və İdman İdarəsi “Ümummilli Lider Heydər Əliyevin anım günü”nə həsr edilmiş silsilə tədbirlər planına əsasən 11 dekabr 2018-ci il tarixdə Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində stolüstü tennis üzrə yeniyetmələr arasında xatirə turniri keçirmişdir.
Turnirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı naminə gördüyü işləri, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi Liderin ölkəmizin iqtisadi potensialının güclənməsi sahəsindəki fəaliyyətini, hər bir sahədə olduğu kimi idman sahəsində apardığı islahatları ictimaiyyətə çatdırmaq,  həmçinin yarış iştirakçılarının idman ustalıqlarının artırılması və təkmilləşdirilməsini təmin etməkdən ibarərdir.
Turnir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, idman sahəsində görülmüş işlər və ölkəmizin qazandığı nailiyyətlərdən danışmışlar. Natiqlər çıxışlarında respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq yarış iştirakçılarına uğurlar arzulamışlar.
Xatirə turnirində 20-dək idmançı gərgin oyun nümayiş etdirmişlər. Yarışın yekun nəticəsinə əsasən Amil Ağakərimov I yeri, Fəqan Ağakərimov II yeri və Rais Abdullayev III yeri  tutmuşlar.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları və xatirə hədiyyələri təqdim edilmişdir.

Keçidlər