Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Tikanlı kəndində səyyar görüş-qəbul keçirilib.

05 dekabr 2018 | 16:00

Dekabrın 5-də kənd məktəbində təşkil olunan görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib. Görüş-qəbulu giriş sözü ilə açan RİH başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb. Rayon icra hakimiyyətinin başçısı ötən il keçirilən görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü, digər yaşayış məntəqələri kimi Tikanlı kəndinin də dayanıqlı rabitə, fasiləsiz işıqla təchiz edildiyini diqqətə çatdırıb. Bildirilib ki, tikintisi yenicə başa çatdırılan Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx asfalt yolunun bu yaxınlarda kənd sakinlərinin istifadəsinə verilməsi son illər ərzində bu yaşayış məntəqələrinə göstərilən diqqət və qayğının təzahürüdür. Vurğulanıb ki, yaranan problemlərin vaxtında həlli istiqamətində bütün zəruri addımlar atılır. Rayonun hər bir yaşayış məntəqəsində, eləcə də Tikanlı kəndində əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb. Sonra kənd sakinləri dinlənilib. Onlar çıxışlarında ölkədə və rayonda aparılan abadlıq-quruculuq işlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı Tikanlı kəndinə qaz xəttinin çəkilməsinə, Bum çayı üzərində körpünün inşa edilməsinə, ərazinin sel sularından mühafizəsi ilə bağlı beton bəndin tikilməsinə və kənd tam orta məktəbinin əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər. Sakinləri narahat edən məsələlərlə bağlı verilən sualları ətraflı cavablandıran RİH başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Keçidlər