Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə bu günədək 18 min hektardan çox taxıl səpilib.

03 dekabr 2018 | 16:00

Qəbələ rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 18 min 700 hektara arpa və buğda səpiblər. Rayonda gələn ilin məhsulu üçün 20 min 100 hektarda payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Rayonda payızlıq dənlilərin səpini üçün indiyədək 20 min 100 hektar sahədə şum aparılıb. Hazırda sahələrdə, 10 ədəd taxılsəpən və 10 ədəd digər aqreqat və digər texnikalar işləyir. Fermerlər payız səpinini bir həftə müddətində başa çatdırmağı planlaşdırırlar. Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

Keçidlər