Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

10 rayondan olan 400 məktəbli Qəbələ rayonundan zəngin təəssüratlarla ayrılıblar.

23 noyabr 2018 | 02:00

Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb. Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə artıq beşinci ildir ki, təşkil edilən bu tur-aksiyalar Azərbaycan Prezidentinin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Layihə çərçivəsində noyabrın 18-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayan 10 rayonun – Ağdaş, Füzuli, Göygöl, Siyəzən, Tovuz, Quba, Qusar, Şabran, Xaçmaz və Xızı məktəblilərindən ibarət qruplar noyabrın 21-də ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər. Qəbələ şəhərindəki “Karvansaray” və “Qafqaz Sport” otellərində qalan məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar. Şagirdlər Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, “Gilan Qida Şəhərciyi”nə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiya ediblər. Aksiya çərçivəsində məktəblilər arasında “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə yarış da keçirilib. Oyunun nəticələrinə görə, Quba, Siyəzən və Xaçmaz məktəbliləri müvafiq olaraq ilk üç yeri tutublar. Qaliblərə kubok, medal və xatirə hədiyyələri təqdim olunub.

Foto qalereya

Keçidlər