Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Tövlə kəndində səyyar görüş-qəbul keçirilib.

02 noyabr 2018 | 07:00

Bir qayda olaraq yerlərdə vətəndaşlarla qəbulların keçirilməsinə üstünlük verən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev sakinlərin problemlərini, təklif və istəklərini dinləmək üçün noyabrın 1-də rayonun Tövlə kəndində səyyar görüş-qəbul keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində rayonumuzda sosial iqtisadi sahədə görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. RİH başçısı bildirib ki, Qəbələdə çoxsaylı sosial, istehsal, emal, infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi, yeni yolların çəkilməsi rayonumuzun hərtərəfli inkişafı üçün möhkəm əsas yaradır. RİH başçısı qeyd edib ki, hər bir qəbələli qarşıya qoyulmuş vəzifələrin, yeni layihələrin həyata keçirilməsi üçün fədakarlıqla çalışmalı, xüsusilə strateji əhəmiyyətə malik kənd təsərrüfatı sahələrinin, o cümlədən baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafına diqqət artırılmalıdır. O, diqqətə çatdırıb ki, vətəndaşlar daimi olaraq bütün fəaliyyətləri istiqamətində qanunçuluğa riayət etməli, xüsusilə torpaqlardan təyinatı üzrə istifadə edilməsi, tikinti işlərinin aparılması və enerji resurslarından istifadə məsələlərində diqqətli olmalıdırlar. Daha sonra rayon icra hakimiyyətinin başçısı kəndin həlli vacib problemlərindən danışıb və onların həlli yolları barədə öz mülahizələrini sakinlərlə bölüşüb. Qəbuldan razı qalan vətəndaşlar RİH başçısı ilə görüş zamanı kənd yolunun asfaltlaşdırılmasını, əraziyə qaz xəttinin çəkilməsini, elektrik xətlərinin təmirinin başa çatdırılmasını xahiş ediblər.Səbuhi Abdullayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı üzrə idarə-müəssisə rəhbərlərinə zəruri tapşırıqlarını verib.

Keçidlər