Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda bu günədək 7 min 800 hektar sahəyə taxıl səpilib.

31 oktyabr 2018 | 16:00

Qəbələ rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 20 min 100 hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda taxıl səpini mütəşəkkil qaydada davam etdirilir. Fermerlər bu günədək 4 min hektar sahəyə arpa, 3 min 800 hektara isə buğda səpiblər. Payızlıq dənlilərin səpini üçün indiyədək 19 min 200 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün 4 min ton toxum fondu ayrılıb. Taxıl səpininə 65 ədəd şum traktoru, 35 ədəd taxılsəpən aqreqat və digər texnika cəlb olunub. Fermerlər payız səpinini noyabrın sonunadək başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Builki mövsümdə fermerlər 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

Keçidlər