Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Mədəniyyət Mərkəzində “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

24 oktyabr 2018 | 02:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi,  F.Köçərli adına Respublika  Uşaq kitabxanasının təşkilatçılığı ilə  “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində  Qəbələ Mədəniyyət Mərkəzində məktəbli şagirdlərin və kitabsevərlərin iştirak ilə tədbir keçirilmişdir. Kitabsevərlərlə görüşə gələnlər arasında Azərbaycanın tanınmış, sevimli uşaq yazarlarından  Zahid Xəlil, Ələmdar Quluzadə, Solmaz Amanova, Reyhan Yusif qızı, Sevinc Nuriyeva iştirak etmişlər. Qeyd olunmuşdur 2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsinin keçirilməsində əsas məqsədin səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Diqqətə çatdırılmışdır ki, bu günə qədər layihə çərçivəsində bölgələrdə keçirilən səyyar kitab sərgisi azyaşlı və yeniyetmələr tərəfindən geniş marağa səbəb olmuş, ümumilikdə 26 rayon uşaq kitabxanalarına 21670 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilmişdir. Tədbirdə iştirak edən məktəblilər şerlər söyləmiş, müxtəlif ədəbi sualları cavablandırmışlar. Sonda qonaqlar tərəfindən oxuculara kitablar hədiyyə edilmişdir.

Keçidlər