Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələnin üzüm bağlarından indiyədək 1800 ton məhsul tədarük olunub.

10 oktyabr 2018 | 07:00

Qəbələ rayonunun üzümçülük təsərrüfatlarında məhsul yığımının qızğın çağıdır. Fermerlər indiyədək üzüm plantasiyalarından 1800 ton məhsul tədarük ediblər. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, son illər Qəbələ rayonunda bu sahənin inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən ardıcıl işlər görülür. Təkcə son iki ildə fermerlər tərəfindən rayon ərazisində 17 hektar sahədə yeni üzüm bağları salınıb. Hazırda rayonda 421 hektar barverən üzüm bağı mövcuddur. Rayonun təsərrüfatlarında tütün yığımı da davam edir. Fermerlər bu günədək sahələrdən 320 ton yaşıl tütün kütləsi yığaraq emal məntəqəsinə təhvil veriblər.

Keçidlər