Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Poçt işçiləri peşə bayramlarını qeyd ediblər.

10 oktyabr 2018 | 02:00

Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranması ilə başlayan Poçt işçilərinin peşə bayramı planetimizin bütün poçt işçiləri tərəfindən hər il oktyabrın 9-da geniş qeyd edilir. İsveçrənin Bern şəhərində1874-cü ildə keçirilmiş beynəlxalq poçt konqresində ÜPİ-nin yaradılması barədə müqavilə imzalanıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçirilmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd - Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Azərbaycan poçtu 1993-cü ildən ÜPİ-nin üzvüdür.“Azərpoçt” MMC-nin Qəbələ Poçt Filialının işçiləri də oktyabrın 9-da bu peşə bayramını qeyd ediblər. Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə öz dərin ehtiramlarını bildiriblər. Sonra poct filialında geniş toplantı keçirilib. Poçt filialının rəisi Rauf Kərimov bayram tədbirini açaraq son illərdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu sahəyə yaxından göstərilən diqqət və qayğının sayəsində Azərbaycanda poçt xidmətlərinin keyfiyyətinin xeyli yüksəldiyini, poçt rabitəsinin maddi-texniki bazasının genişləndirildiyini, regionlarda, o cümlədən rayonumuzda poçt şöbələri üçün müasir üslubda yeni binaların tikildiyini, təmirə ehtiyacı olan poçt şöbələrinin əsaslı təmir olunaraq, müasir avadanlıqla təmin edildiyini diqqətə çatdırıb. Rauf Kərimov bildirilib ki, hazırda rayonun bütün poçt şöbələrində əhaliyə ənənəvi xidmətlərlə yanaşı, digər xidmətlər, o cümlədən bank xidmətləri də göstərilir. Toplantıda Bayramkoxalı kənd poçt şöbəsinin rəisi Namizəd İsayev, poçt filialının iqtisadçısı Tükəzban Osmanova, filialın həmkarlar təşkilatının sədri Arzu Rəsulov və digərləri cıxış edərək poçt işçilərinə göstərilən qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər