Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər.

26 sentyabr 2018 | 16:00

Bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün əkilib. Qəbələli fermerlər cari mövsümdə 15 hektar “Virciniya” növlü ətirli, 24 hektar “Berley”, 36 hektarda isə “İmmunium” və digər növ yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Fermerlər bu günədək sahələrdən 300 ton yaşıl tütün kütləsi yığıblar. Tütün əsasən, rayonun Mamaylı, Ovcullu, Bayramkoxalı, Böyük Əmili və Ziring kəndlərində yetişdirilir. Cari mövsümdə tütünün əkilib becərilməsinə və yığımına 100 nəfərdən çox yerli sakin cəlb olunub. Ötən il rayonun fermerləri 70 hektar sahədən 100 tondan çox quru tütün əldə ediblər.

Keçidlər