Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Bunud kəndində səyyar görüş-qəbul keçirilib.

25 iyul 2018 | 16:00

İyulun 24-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Bunud kəndində növbəti görüş-qəbulu keçirilib. Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Görüşdə giriş nitqi ilə çıxış edən Səbuhi Abdullayev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər ölkəmizin hər yerində olduğu kimi Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb. RİH başçısı son illər digər yaşayış məntəqələri kimi Bunud kəndində də kəndarası yolların qaydaya salındığını, ərazidə yeni artezian quyusunun qazıldığını, körpü tikildiyini, suvarma kanalının təmir olunduğunu, iki ədəd elektrik transformatorunun qoyulduğunu, yaşayış məntəqəsinin dayanıqlı rabitə, fasiləsiz işıqla təchiz edildiyini diqqətə çatdırıb. Səbuhi Abdullayev çıxışının sonunda rayonumuzun bütün yaşayış məntəqələrində, eləcə də Bunud kəndində əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin, infrastruktur layihələrinin davam etdiriləcəyini bildirib. Sonra vətəndaşların müraciətləri dinlənilib. Onlar dövlət tərəfindən əhaliyə göstərilən diqqət və qayğıya, kənddə problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Qəbulda irəli sürülən təkliflərin icrası ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən aidiyyəti qurumlara tapşırıqlar verilib.

Keçidlər