Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub.

25 may 2018 | 02:00

Qəbələ Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan mərkəzin baş həkimi Ceyhun Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin "Cümhuriyyət ili" elan olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarını xatırladıb. Çətin və ağır şəraitdə 1918-ci ilin mayın 28-də İstiqlal bəyannaməsinin imzalanmasına diqqət yönəldən Ceyhun Əhmədov 23 aylıq şanlı tarixdən söhbət açaraq milli ordu quruculuğunun, parlamentin, medianın, hüquq-mühafizə sisteminin yaradılmasının, təhsildə aparılan milliləşmə proqramlarının dövlətçilik ənənələrində böyük önəm daşığıdını diqqətə çatdırıb. Baş həkim qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ruhu müstəqilliyimizin, istiqlalımızın qorunmasına, ölkəmizin beynəlxalq aləmin bərabərhüquqlu üzvü olmasına görə bu gün şaddır. Sonra müalicə diaqnostika mərkəzinin həkimi Seymur Abdullayev, kadrlar şöbəsinin müdiri Mahir Kərimxanov və başqaları çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə öz düşüncələrini söyləyib, müsəlman Şərqində qurulan ilk demokratik dövlətin keçib-gəldiyi yola nəzər salıblar.

Keçidlər