Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş sərbəst-güləş üzrə Qəbələ rayon Açıq birinciliyi keçirilmişdir.

06 may 2018 | 07:00

Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst-güləş üzrə Qəbələ rayon Açıq birinciliyi keçirilmişdir. Yarış 05 may 2018-ci il tarixdə Qəbələ Olimpiya İdman Kompleksində baş tutmuşdur. Yarışda Qəbələ, Mingəçevir, Ağdaş, Göyçay və Ucar rayonlarından olan 100-dən artıq idmançı iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanımızın inkişafı yolunda gördüyü işləri, hər bir sahədə olduğu kimi idman sahəsində apardığı islahatları ictimaiyyətə çatdırmaq, həmçinin rayonda idmanın kütləviliyinə nail olmaq, yeniyetmə və gənc idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, sərbəst güləş idman növünü yeniyetmələr arasında təbliğ etməkdən ibarətdir. Birinciliyin açılış mərasimində Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı naminə gördüyü işlərdən danışmışdır. F.Soltanov öz çıxışında respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən qayğı və diqqətdən danışaraq yarış iştirakçılarına uğurlar arzuladı. Açılş mərasimindən sona meydan birincilik uğrunda mübarizəyə başlayan güləşçilərin ixtiyarına verildi. Yarışda iki yaş qrupunda 16 çəki dərəcəsi üzrə (23-26-29-32-35-38-42-46-50-54-58-63-69-76-80,+85 kq) 100-dən çox yeniyetmə güclərini sınamışlar. Yarışın keçirilməsi Azərbaycan Güləş Federasiyasının qaydaları əsasında rayon Gənclər və İdman idarəsi tərəfindən təsdiq edilmiş hakimlər heyətinə həvalə edilmişdir.Birinciliyin qaliblərinin mükafatlanma mərasimi Qəbələ rayon Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Yarış iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən ekspozisiya zalına baxış keçirmiş və tədbir davam etdirilmişdir. Mükafatlanma mərasimində gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin yekununda qalib gəlmiş idmançılara (I, II, III yeri tutmuş) Gənclər və İdman idarəsinin diplom və medalları təqdim edilmişdir.

 

Keçidlər