Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışları keçiriləcək.

01 may 2018 | 16:00

“Qəbələ” Atıcılıq Klubu növbəti dəfə möhtəşəm idman yarışlarından birinə ev sahibliyi edəcək. May ayının 7-dən 13-dək Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-Pri yarışları keçiriləcək. “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışlarda 8 ölkədən 100–ə yaxın idmançı, eləcə də rəsmi qonaqlar iştirak edəcəklər. “Qəbələ” Atıcılıq Klubunun idman bazası olan stend və ox atıcılığı kompleksində təşkil ediləcək beynəlxalq yarışın iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya oyunlarının qalibləri olacaq. Mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışın rəsmi açılış mərasimi mayın 8-də keçiriləcək.

Keçidlər