Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Böyük Pirəli kəndində səyyar görüş-qəbul keçirilib.

21 aprel 2018 | 04:00

Aprelin  20-də  Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Böyük Pirəli kənd sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Görüş-qəbulda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verib. Daha sonra RİH başçısı Qəbələ rayonunda aparılan tikinti, abadlıq və quruculuq işlərindən,  sosial-iqtisadi sahədəki inkişafdan, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb. Səyyar görüşdə iştirak edən sakinlər rayonda, o cümlədən Böyük Pirəli kəndində görülən işlərə görə ölkə başçısına öz razılıqlarını ifadə edib, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirdə  çıxış edən kənd sakinləri yaşayış məntəqəsində mövcud olan bəzi problemlərdən söz açıb, bir sıra təkliflər irəli sürüblər.  Səbuhi Abdullayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib və icrasını nəzarətə götürüb.

Keçidlər