Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon məktəbliləri Gəncədə sevinclə qarşılanıblar.

27 mart 2018 | 04:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Qəbələ rayon məktəblilərindən ibarət  IX-XI sinif şagirdləri, eləcə də onları müşayiət edən qrup rəhbərləri və müəllimlər martın 26-da Gəncə şəhərinə gəliblər. Məktəbliləri Zəfər Tağı önündə Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, icra aparatının və şəhər ictimaiyyətinin nümayəndələri, Gəncə şəhər incəsənət məktəbinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Tur-aksiya iştirakçıları “Ramada” mehmanxanasında yerləşib nahar etdikdən sonra Gəncə şəhəri ilə tanışlığa Heydər Əliyev Park Kompleksi ilə başlayıblar. Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini hörmət və ehtiramla anıblar. Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar. Daha sonra məktəblilər bələdçilərin müşaiyəti ilə Heydər Əliyev Park Kompleksinə və “Qala” Arxeologiya və Etnoqrafiya Muzeyinə baxış keçirmişlər.

Foto qalereya

Keçidlər