Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Topbağ kəndində səyyar görüş-qəbul keçirilmişdir.

14 mart 2018 | 16:00

Martın 13-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Topbağ kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Sonra ərazinin icra nümayəndəsi Rasim Ağayev və xidmət təşkilatlarının rəhbərləri RİH başçısına və tədbir iştirakçılarına yaşayış məntəqəsinin sosial durumu haqqında məlumat vermişlər. Görüş-qəbulda kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər. Çıxış edən vətəndaşlar əhalinin rifahının yaxşılaşdırılması, yaşayış məntəqəsinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması və digər sahələrdə görülən işlərə və kənddə yeni məktəb binasının və tibb məntəqəsinin tikilərək istifadəyə verilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Kənd sakinləri görüş-qəbul zamanı əraziyə təbii qaz xəttinin çəkilməsini, yaşayış məntəqəsində işıq xətlərinin təmir olunmasını və kəndi Zalam yolu ilə birləşdirən məsafənin asfaltlaşdırılmasını xahiş etmişlər. Görüş-qəbulda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər