Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələnin ətlik-südlük heyvandarlıq kompleksləri rayonda bu sahənin inkişafına mühüm töhfə veriblər.

13 yanvar 2018 | 02:00

Qəbələ rayonunda heyvandarlığın inkişafı istiqamətində görülən işlər müsbət nəticə verməkdədir. Rayonda yaradılan iki müasir heyvandarlıq kompleksləri ildən-ilə öz imkanlarını genişləndirir, daha səmərəli fəaliyyət göstərərək mal-qaranın sayının, ət və süd istehsalının artmasına töhfə verir. “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən rayonun Vəndam qəsəbəsində yaradılan 620 başlıq müasir ətlik-südlük heyvandarlıq kompleksi 2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Müəssisə heyvandarlıq və bitkiçilik sahəsində inkişafını uğurla davam etdirir. Kompleksin nəzdində damazlıq heyvandarlıq təsərrüfatı da yaradılıb. Kompleksdə bəslənilən iribuynuzlu heyvanların yemlə təmin edilməsi məqsədilə rayonda 1730 hektar ərazisi olan yem təsərrüfatı yaradılıb. Bu ərazidə hər il müxtəlif növ yem bitkiləri əkilir. Müəssisənin xüsusi yem sexi və 7 silos quyusu var. Prezident İlham Əliyevin aqrar sahədə həyata keçirdiyi uğurlu islahatlar nəticəsində gündən-günə inkişaf edən bu heyvandarlıq kompleksi ölkəmizdə ilk dəfə olaraq Tükmənistana 242 baş damazlıq düyə ixrac edib.Kompleksə Avstriya və Almaniyadan gətirilən “Simmental” cinsindən olan iribuynuzlu heyvanlara düzgün qulluq göstərilir, onların sağlamlığı və qidalanması mütəxəssislər tərəfindən daim diqqət mərkəzində saxlanılır. Əldə edilən sağlam balalar hesabına kompleksdəki heyvanların sayı artırılaraq 1700 başa çatdırılıb. Gün ərzində hər inəkdən 22 litr süd sağılır. Bundan əlavə, 2012-ci ildə Qəbələ rayonunun Ovculu kəndində yaradılan 660 başlıq südlük iri heyvandarlıq kompleksində mal-qaranın  sayı 1950 başa çatdırılıb. Bunun 900 başı sağmal inəklərdir ki, onların da hər birindən gün ərzində 30 litr süd sağılır. Həmçinin son bir ildə rayondakı fərdi təsərrüfatlarda iri və xırda buynuzlu mal-qaranın, eləcə də damazlıq heyvanların baş sayı xeyli artırılıb, süni mayalandırma işləri sürətləndirilib. Son vaxtlar rayonda süni mayalanma tədbirlərinin genişləndirilməsi heyvandarlıq sahəsinin inkişafına xeyli təkan verib. Mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə rayonda 8 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. 2017-ci il ərzində həmin məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılmış 7840 baş inəkdən 3232 baş buzov alınıb.

Keçidlər