Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

15 dekabr 2017 | 16:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Qəbələ Rayon İcra Hakimiyyəti “Vətənin müdafiəsinə hazıram!” mövzusunda birgə tədbir keçirib. Tədbirdə icra hakimiyyətlərinin nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon şöbəsinin şəxsi heyəti, idarə, müəssisə və təşkilatların təmsilçiləri, şəhid ailələri, müharibə veteranları və məktəblilər iştirak edib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının müqəddəs xatirəsi anılıb. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov respublika əhalisinin əksəriyyətini təşkil edən gənclərin üzərinə məsuliyyətli vəzifələrin düşdüyünü qeyd edərək, tarixin bütün mərhələlərində dövlətçiliyimizin qorunması, torpaqlarımzın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qorunub-saxlanılması sahəsində onların əvəzsiz rolunun olduğunu bildirib. RİH başçısının müavini Azərbaycan xalqının müharibə arzulamadığını, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olduğunu qeyd edərək, lakin sülh istəyən xalqın həmişə hərbə də hazır olmasının vacibliyini diqqətə çatdırıb. Abil Ağasəfov sülhsevər Azərbaycan xalqının həmişə öz tarixi torpaqlarının qorunması ilə əlaqədar mühariblərə cəlb olunduğunu və bu mübarizələrdə qəhrəmanlıq nümunələri göstərdiyini, öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirdiyini vurğulayıb. O, ötən ilin aprelində erməni qəsbkarlarının törətdiyi terrorunun qarşı alınarkən, torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən savaşlarda misilsiz igidlik göstərmiş cəsur oğullarımızın ibrətamiz şücaətini və qəhrəmanlığını buna əyani misal göstərib. Natiq həmin döyüşlərdə igidliklə şəhid olan həmyerlimiz leytenant Sahil Şirinovun cəsurluğundan danışaraq, onun göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildiyini deyib. Abil Ağasəfov tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşlərinin gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdiyini, qazanılan qələbənin xalqımızın orduya olan inamını daha da artırdığını ifadə edib. SHXÇDX-nin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında vətənpərvərlik hissinin yüksəldilməsi üçün xidmət tərəfindən silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Şöbə rəisi təmsil etdiyi qurum tərəfindən bütün rayonlarda gənclərin vətənpərvərlik tərbiyəsi və səfərbərliyə hazırlığı, çağırışçılarda vətənpərvərlik hissinin yüksəldilməsi ilə bağlı tədbirlərin keçirildiyini bildirib. O, Vətən uğrunda canlarını fəda edən oğulların heç vaxt yaddan çıxmayacağını bildirərək, bu gün ordu sıralarına göndərilən gənclərin mütəxəssis hazırlığı məktəblərinə cəlb edildiklərini və artıq onların orduya gedərkən hazırlıqlı olduqlarını qeyd edib. Tədbirdə çıxış edən Respublika Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev qeyd edib ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik, yurdsevərlik ideyalarının hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxışında ümummilli liderin başladığı yolu bu gün böyük uzaqgörənliklə davam etdirən Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıdan danışıb. O, ölkədə milli dəyərlərə söykənən davamlı və ardıcıl gənclər siyasətinin həyata keçirildiyini qeyd edib. SHXÇDX-nin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik İlqar Əliyev respublikamızın hər bir yerində olduğu kimi Qəbələ rayonunda da gənclər arasında Heydər Əliyev ideyalarının, onun Azərbaycançılıq, vətənpərvərlik və hərbi vətənpərvərlik prinsiplərinin inkişafı istiqamətində əldə olunan nailiyyətlərin və görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini, yetişməkdə olan nəslin vətənpərvərlik hisslərinin formalaşmasına böyük töhfələr verəcəyini bildrib. Tədbirdə Rasim Şirinov SHXÇDX-nin təsis etdiyi “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlarını aprel döyüşlərində şəhid olmuş həmyerlimiz leytenant Sahil Şirinovun atasına və Qarabağ Müharibəsi veteranı Qiyaməddin Rəhimova təqdim edib. Eləcə də, çağırışaqədərki hazırlıq fənninin tədrisində və hərbi vətəınpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə görə Abrıx kənd tam orta məktəbin hərbi rəhbəri Fəzair Abdullayev, “Gənclərin çağırışaqədərki hazırlığı fənnində yüksək nailiyyətlərə görə” Tüntül kənd tam orta məktəbin X sinif şagirdi Pünhan Paşazadə SHXÇDX tərəfindən mükafatlandırılıb. Yekunda Rasim Şirinov tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Qəbələ Rayon İcra Hakimiyyətlərinə SHXÇDX-nin adından xatirə plaketi təqdim edib. Tədbir vətənpərvərlik mövzusuna həsr olunmuş bədii hissə ilə davam edib.

Foto qalereya

Keçidlər