Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

YAP-ın yaranmasının 25-ci illiyi münasibətilə Qəbələ rayonunda ağacəkmə aksiyası keçirilib.

05 dekabr 2017 | 00:00

Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verilib, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub, irimiqyaslı tədbirlər həyata keçirilib. Ulu Öndərin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir.
Dövlət başçısının respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq, həmçinin, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə YAP Qəbələ Rayon Təşkilatının və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhərinin Zərifə Əliyeva küçəsində və məhəllədaxili parklarda ağacəkmə aksiyası keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənib, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 3300-dən cox çinar, qovaq, eldar şamı və görüş ağacları əkilib.

Keçidlər