Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Maraqlı tədbir keçirilib.

09 noyabr 2017 | 02:00

Rayonun ümumtəhsil məktəblərində və uşaq bağçalarında “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. “Uşaq hüquqları aylığı”nın keçirilməsinin məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr - Dünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Noyabrın 3-də Zarağan kənd uşaq bağçasında ölkədə elan edilən aylıq çərçivəsində uşaq hüquqları mövzusuna həsr edilmiş maraqlı tədbir təşkil olunub. Tədbirdə iştirakçılara Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın, o cümlədən uşaq hüquqlarının müdafiəsi ilə bağlı müddəaların uğurla həyata keçirildiyi, ölkəmizdə hər il uşaq hüquqları aylığının qeyd olunduğu bildirilib. Rayonda “Uşaq hüquqları aylığı”na həsr olunmuş silsilə tədbirlərin noyabr ayının 20-dək davam edəcəyi qeyd olunub.Sonra tədbir uşaqların ifalarında hazırlanan maraqlı bədii hissə ilə davam etdirilib.

Keçidlər