Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə İKT sahəsində II Regional Konfrans keçirilib.

07 noyabr 2017 | 16:00

Qəbələ Regional “ASAN xidmət” Mərkəzində məktəbli qızlar üçün informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində II Regional Konfrans keçirilib. Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Gilan Holdinq”in dəstəyi və “Azərbaycan Qadını İKT-də FEMMES DIGITALES (AWIC)” klubunun təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində ölkənin qabaqcıl şirkət və müəssisələrinin rəhbərləri və xanım təmsilçiləri informasiya kommunikasiya texnologiyaları sahəsində təqdimatlar edib, qızları bu sahəyə həvəsləndirmək üçün öz uğur hekayələrini danışıb, qabaqcıl təcrübələrini bölüşüblər. Qadın mütəxəssislər İKT sahəsində təhsilin perspektivləri haqqında danışaraq gənc qızlarla bu barədə ünsiyyət qurublar. Qızlar arasında informasiya kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması məqsədilə keçirilən tədbirdə çıxış edən “Femmes Digitales klubu”nun üzvü olan “B.EST Solutions”, “ASAN xidmət”, “MONT”, “Cybernet”, “Azertelecom”, “Ultra Technologies” və digər təşkilatların nümayəndələri İKT-nin cəmiyyətin həyatının bütün sferalarındakı rolundan danışıb, bu sahədə təhsilin və karyeranın Azərbaycan xanımları üçün açdığı imkanlardan bəhs ediblər. Tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində məktəbli qızların sayının artırılması, həmin regionda yaşayan və təhsil alan zərif cinsin nümayəndələri arasında gələcək karyeranın qurulması və potensial kadrların hazırlanması üçün İKT-nin bir sahə kimi təbliğ edilməsi və seçilməsinə kömək göstərməkdir. Proqram çərçivəsində qızlar arasında keçirilən “İT Startap üçün ən yaxşı ideya” müsabiqəsinin qaliblərinə sertifikat, kubok və hədiyyələr təqdim edilib.

Keçidlər