Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda keçirilən futbol çempionatı başa çatıb.

19 oktyabr 2017 | 16:00

18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilmiş idarə, müəssisə və təşkilatlar, bələdiyyələr arasında keçirilən “Qəbələ Rayon İcra Hakimiyyətinin Kuboku uğrunda” futbol üzrə rayon çempionatı başa çatıb.Çempionatın keçirilməsində məqsəd futbolun kütləviliyinə nail olmaq, rayon gəncləri arasında bu idman növünün təbliği və yayılması, futbolçuların idman ustalıqlarının artırılması, rayonda perspektivli futbolçuların aşkar edilməsindən ibarət olub. Sentyabrın 20-də startı verilən çempionatda 10 komanda iştirak edib. Yüzlərlə futbol azarkeşinin izlədiyi final oyununda Qəbələ Diaqnostika Mərkəzinin “Diaqnostika” komandası Qəbələ Beynəlxalq Hava Limanının “Aeroport” komandası qarşılaşıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən final oyununda “Diaqnostika” komandası “Aeroport” komandasına qalib gələrək I yeri tutub. Sonda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qalib komandanın üzvlərini təbrik edib, onlara kubok, xatirə hədiyyələri və diplomlar təqdim edib.

Keçidlər