Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qanvermə aksiyası keçirilmişdir.

14 iyul 2017 | 16:00

Ölkə rəhbərliyi tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə daim xüsusi dövlət qayğısı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq iyulun 14-də Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilmişdir. Saat 10-da başlayan aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak etmiş, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulmuşdur. Qanvermə prosesi zamanı Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək sağlam olub-olmamalarını müəyyənləşdirmişlər. Müayinə olunan 347 könüllüdən 225 nəfər qan vermişdir. Yığılmış qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirmiş, belə aksiyalarda yaxından iştirak etməyi vətəndaşlıq borcu kimi qiymətləndirmişlər.

Keçidlər