Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Karyerada ilk addım” adlı təlim keçirilib.

04 iyul 2017 | 16:00

4 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Regional “ASAN xidmət” mərkəzində xanımlar üçün “Karyerada ilk addım” adlı təlim keçirilib.
İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.5.6-cı bəndinə uyğun olaraq qızların təhsildən yayınmasının qarşısının alınması məqsədilə həyata keçirilən təlimin əsas məqsədi Qəbələ rayonunun orta məktəb şagirdlərinin, həmçinin peşə seçimində qərarsız olan xanımları motivasiya və onlara karyera seçimlərində köməklik və şəxsi inkişaf istiqamətinə həvəsləndirməkdən ibarət olub.
Təlim iki hissədə təşkil olub. Birinci hissədə Qəbələ rayonunda yaşayan və karyerasında uğur qazanmış xanımlar iştirakçılarla öz uğur hekayələrini paylaşıblar.Tədbirin ikinci hissəsində isə içtirakçılar karyerada uğur, xarakter və şəxsiyyət növləri mövzularında təlimlərə qatılmaqla yanaşı  interraktiv oyunlara cəlb olunublar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Keçidlər