Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişdir.

19 iyun 2017 | 16:00

Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olgin tanışlıq məqsədilə Qəbələ rayonuna səfər etmişdir. Qəbələ şəhərində, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən qarşılanan qonağa rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə geniş məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olaraq Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.
Diqqətə çatdırılmışdır ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilən bu keyfiyyətlər Qəbələdə müasir infrastrukturun yaradılmasına və bölgənin beynəlxalq turizm məkanına çevrilməsinə təkan vermişdir.
Bildirilmişdir ki, burada sürətli inkişaf edən turizm infrastrukturu ilə yanaşı mövcud olan istehsal müəssisələri bölgənin iqtisadi inkişafının artmasında müstəsna rol oynayır.
Məlumat verilmişdir ki, rayonda elmi texniki tərəqqinin son nəaliyyətlərinə cavab verən, müasir tipli müəssisələrin istehsal etdiyi məhsullar dünyanın bir çox ölkələrinə ixrac olunur.
Regionun öz ecaskar gözəlliyi və qonaqpərvərliyi ilə zəngin olduğunu ifadə edən cənab Səbuhi Abdullayev Qəbələnin beynəlxalq tədbirlərə də ev savibliyi etdiyini qeyd etmişdir.
Qəbələ rayonu ilə tanışlığından məmnunluq hissi keçirdiyini ifadə edən xanım Maria Anxela Olgin bölgənin füsünkar bir məkan olduğunu qeyd edərək səmimi görüşə görə minnətdarlığını bildirmişdir. Səfər çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olgin rayonun turizm sektoruna  baxış keçirmiş, sənaye müəssisələrində istehsal prosesini yaxından izləmişdir.

Keçidlər