Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə bölgə vətəndaşlarını qəbul edib.

16 iyun 2017 | 16:00

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iyunun 16-da Qəbələ rayonunda bölgə vətəndaşlarını qəbul edib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən qəbulda nazir Səlim Müslümov Şəki, Oğuz, Qax, Qəbələ, Zaqatala, Balakən rayonlarının sakinləri ilə fərdi qaydada görüşüb, onların müraciətlərinə baxıb.
Müraciətlər əsasən imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına, peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi və digər məsələlərə aid olub.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə vətəndaşların müraciətləri araşdırılaraq cavablandırılıb.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər