Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Sərgüzəşti - vəziri - xani - Lənkəran” tamaşası nümayiş olunmuşdur.

14 iyun 2017 | 07:00

“Azərbaycan teatrının inkişaf etdirilməsinə dair” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirmək məqsədi ilə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti şimal – qərb bölgəsinə qastrol səfərləri çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzində  milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə  çıxış etmişlər.
Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərində rolları Əməkdar artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Məsumə Babayeva, Zülfiyyə Alhüseynova, Kərəm Hadızadə, Aydın Dəmirov, Elnur Hüseynov, Ramil Məmmədov və başqaları canlandırmışlar.
Səhnə əsəri Qəbələ teatrsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Keçidlər