Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışında Almaniyalı atıcısı Kristian Reits qızıl medal qazanıb.

11 iyun 2017 | 16:00

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku uğrunda yarışlar davam edir.
Rayonun Bum qəsəbəsindəki Qəbələ Stend və Ox Atıcılığı Kompleksində atıcılığın daha iki növü üzrə yarışlar keçirilib.  Kişilər arasında tapançadan 25 metr məsafədə yerləşən hədəfə sürətli atəş açmaq yarışında Almaniya atıcısı Kristian Reits qızıl, Fransa idmançısı Klement Bessaquet gümüş, İtaliya idmançısı Rikardo Mazzetti bürünc medal qazanıb.
Qaliblərə mükafatları Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim etmişdir.

Keçidlər