Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə atıcılıq üzrə dünya kuboku yarışları keçiriləcəkdir.

06 iyun 2017 | 16:00

İyunun 7-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarına start veriləcək. "Qəbələ" Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə dəstəyi ilə keçirilən yarışlarda 45-dən çox ölkədən 900-ə yaxın idmançı, eləcə də rəsmi qonaqlar iştırak edəcəklər.
Onlar arasında dünyanın tanınmış atıcıları, eləcə də dünya və Avropa çempionları, olimpiya oyunlarının qalibləri də yer alacaqlar.
İyunun 14-dək davam edəcək mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlan və qızlar yarış zamanı tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.
Yarışın rəsmi açılış mərasimi iyunun 7-də olacaq. Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

Keçidlər