Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ağsaqqallar Ulu öndəri yad etdilər.

09 may 2017 | 07:00

Rayon Ağsaqqallar şurasında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev açmışdır. Şura sədri Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə yığıncaq iştirakçılarına məlumat verdikdən sonra sözü Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyi dönəmlərində müxtəlif vəzifələrdə çalışmış ağsaqqallara verdi. İlk olaraq Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərliyi illərində rayonda rəhbər vəzifədə işləmiş ağsaqqal Şirin Şirinov ulu öndər haqqında xatirələrini danışdı. Ağsaqqal Səməd Səmədov ulu öndərlə görüşlərinin xoş xatirələrini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Çıxış edənlərdən Niyazi Babayev bildirdi ki, Heydər Əliyev Qəbələyə birinci dəfə 1978-ci ildə səfər edərkən onu yaxından görmək şərəfinə nail olub. Eyni zamanda bildirib ki, xidməti ilə əlaqədar rastlaşdığı bütün insanlar vəzifəsindən və milliyətindən asılı olmayaraq Heydər Əliyev şəxsiyyətinə böyük ehtiram göstərirdilər.
Ağsaqqallardan keçmiş daxili xidmət işçisi, istefada olan zabit Alı Məmmədov, sadə peşə adamı Vaqif Əzimov və başqaları Azərbaycanın bu gün dünyada tanınmış bir dövlətə çevrilməsində Heydər Əliyevin və onun yolunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz rolu barədə fikirlərini toplantı iştirakçılarına çatdırdılar.

Keçidlər