Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə yeni tut bağları salınır.

07 dekabr 2016 | 01:00

Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən cari ildən Qəbələ rayonunda bu sahəyə diqqət və maraq ciddi surətdə artıb. Hazırda rayonda baramaçılığın inkişafı üçün yeni tut bağları salınır, köhnə bağlar isə bərpa olunur.
Ümumilikdə rayonda bu sahənin inkişafı üçün yüz min ədəd tut tinginin əkilməsi nəzərdə tutulmuşdur ki, bundan 25500 ədədi artıq əkilmişdir. Tinglərin 1500 ədədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən meşə fonduna aid torpaqlarda, 20 min ədədi kümçülərin özlərinə məxsus pay torpaqlarında, 4 min ədədi isə Dövlət Fondu torpaqlarında əkilmişdir.

Keçidlər