Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs.

 

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsin təyin edilməsi haqqında

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında”  Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunun 40.0.3 maddəsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunun tətbiqi barədə” 795 nömrəli 15 fevral 2016-cı il tarixli Fərmanına və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6 maddəsinə əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1.   Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Abil Ağasəfov inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs təyin edilsin.

2.   Tapşırılsın Memarlıq və tikinti şöbəsinə (Təbriz Abdulxalıqov), hüquq şöbəsinə (Məmməd İsmayılov) və rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinə icra hakimiyyətinə daxil olan inzibati xətalar haqqında işlərə baxılması ilə  bağlı qərarın qəbul edilməsi üçün tələb olunan sənədləri Abil Ağasəfova təqdim etsinlər.

3.   Tapşırılsın inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs Abil Ağasəfova rayon icra hakimiyyətinə daxil olan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsinin” tələblərinə uyğun baxılmasını təmin etsin.

4.   Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

                                        Qəbələ Rayon İcra Hakimiyyətinin

Başçısı Səbuhi Abdullayev.

Keçidlər